“WhatsApp”dan hər kəsin gözlədiyi yenilik: Silinən mesajlar…backend

“WhatsApp”dan hər kəsin gözlədiyi yenilik: Silinən mesajlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“WhatsApp” bu xüsusiyyətini dəyişir.
TİA.AZ xəbər verir ki, “WhatsApp”da mesajların silinmə müddəti uzadılıb.
Belə ki, məşhur mesajlaşma platforması “WhatsApp” mesajları silmək imkanlarını genişləndirir. Hər kəs üçün silinə bilən mesajın müddətini uzatmağa qərar verən tətbiq istifadəçilərin istəklərini yerinə yetirməyə davam edir.
İlk dəfə 2017-ci ildə istifadəçilərə təqdim edilən “Hər kəs üçün sil” funksiyası əslində “WhatsApp”da inqilabi bir yenilik idi. Həm tək, həm də qrup söhbətlərində mesajların silinməsinə imkan verən bu funksiya zamanla genişlənməyə başlayıb. Ortaya çıxan son iddia mesajları silmək üçün daha çox vaxtın olacağını göstərir.
Hazırda istifadəçilər göndərilən mesajları 1 saat 8 dəqiqə 16 saniyə ərzində silə bilərlər. Lakin son beta yeniləməsi sayəsində bu müddət 2 gün 12 saata (ümumilikdə 60 saat) qədər artırılacaq.
“WhatsApp”da mesajların silinmə müddətini uzatmaqla yanaşı, qrup adminlərinə əlavə üstünlüklər də veriləcək. WABetaInfo-dan verilən məlumata görə, qrup adminləri digər istifadəçinin mesajlarını silmək hüququna malik olacaqlar.