“WhatsApp”da yeni özəllik – Bu cihazların adını dəyişə biləcəksizbackend

“WhatsApp”da yeni özəllik – Bu cihazların adını dəyişə biləcəksiz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“WhatsApp” gözlənilən funksiyasını işə salıb.
TİA.AZ xəbər verir ki, “WhatsApp” şirkəti beta versiyaları olan biznes hesabları üçün qoşulmuş cihazlarda adı dəyişdirmək imkanını təqdim edib.Belə ki, istifadəçilər “WhatsApp” hesablarına qoşulan cihazların adını dəyişə biləcəklər.
Müəssisələr uzun müddətdir ki, birdən çox cihazla “WhatsApp” hesablarına qoşulmaq imkanından istifadə edirlər.
Bu xüsusiyyəti daha faydalı etmək istəyən “Meta” Android və iOS tətbiqləri üçün ad dəyişdirmə fürsəti təqdim etməyə başlayıb.
Yeni funksiya hələlik yalnız beta istifadəçiləri üçün əlçatandır.
Qoşulmuş cihazlarda adı dəyişdirmək qabiliyyətinin yaxın həftələrdə bütün biznes hesabları üçün əlçatan olacağı təxmin edilir.