“Whatsapp”da daha bir yenilik: Artıq statuslardan səsli istifadə edə biləcəksinizbackend

“Whatsapp”da daha bir yenilik: Artıq statuslardan səsli istifadə edə biləcəksiniz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“WhatsApp”da gözlənilən funksiya istifadəyə veriləcək.
AZXEBER.COM xəbər verir ki, “WhatsApp” tətbiqi yeni funksiyasını sınaqdan keçirib.
WABetaİnfo-nun hesabatına görə, səsli qeydlər funksiyası indi “Status” bölməsində sınaqdan keçirilir.
“Audio status” adlı bu yeni funksiya ilə istifadəçilər “WhatsApp Status”dan səsli qeydləri yayımlaya biləcəklər.
WhatsApp-ın 2.22.16.3 nömrəli Android beta versiyasında aşkarlanan funksiyanın iOS-a da gəlib-gəlməyəcəyi barədə məlumat yoxdur.
WABetaİnfo tərəfindən dərc edilən skrinşotlara görə, status nişanının altında mikrofon işarəsi yerləşdirilib. Bu işarəyə klikləməklə, istifadəçilər tez bir zamanda səsli qeydləri yaza və status yeniləmələri kimi yerləşdirə biləcəklər.