“WhatsApp”da daha bir YENİLİK: Artıq ağıllı saatlarla…backend

“WhatsApp”da daha bir YENİLİK: Artıq ağıllı saatlarla…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Wear OS 3” əməliyyat sistemi ilə işləyən ağıllı saatların sahibləri tezliklə “WhatsApp” vasitəsilə səsli zəng edə biləcəklər. 

Yenilik artıq Samsung Galaxy Watch 4 və 5-də messencerin beta versiyasında aşkar edilib.

Qeyd olunur ki, smart saatlar üçün hələ də ayrıca “WhatsApp” tətbiqi yoxdur və bu funksiya messencerin quraşdırıldığı smartfonla birlikdə işləyəcək. Belə ki, “WhatsApp”a gələn səsli zənglər zamanı istifadəçi saatdan cavab verə və həmsöhbətlə əlaqə saxlaya biləcək.

Daxil olan zənglərə cavab vermək funksiyası hazırda yalnız “WhatsApp”ın Androiddə beta-testinin iştirakçıları üçün əlçatandır, yeniliyin geniş ictimaiyyət üçün görünmə vaxtı barədə məlumat verilmir.