“WhatsApp” bu yeniliyi də etdi: Son giriş vaxtı, profil şəkli … – FOTObackend

“WhatsApp” bu yeniliyi də etdi: Son giriş vaxtı, profil şəkli … – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“WhatsApp” messencerində istifadəçilərin məxfiliyini artıracaq yeni funksiya işə salınıb. Yeniləmə 2.21.23.14 proqram versiyası olan istifadəçilər üçün əlçatan olacaq.

Söhbət messencerdə bəzi kontaktlardan profil məlumatlarını gizlətmə qabiliyyətindən gedir. Bundan sonra istifadəçilər son giriş vaxtını, profil şəklini və “Haqqımda” blokunu görən şəxslərin siyahılarını fərdiləşdirə biləcəklər. Bu funksiya əvvəllər proqramın ayrı-ayrı “beta” versiyalarında sınaqdan keçirilib.

Bunun üçün “Mənim kontaktlarım, …istisna olmaqla” adlı funksiyanı aktivləşdirmək lazımdır.

Yeniliklə təmin olunmayan cihazlarda bu funksiya növbəti yenilənmə zamanı əlçatan olacaq.