“Warner Brothers” studiyası britaniyalı aktyor Robert Pattinsonla “Betmen” rolu barədə danışıqlara başlayıb.
Trend-in məlumatına görə, studiya aktyoru “Betmen”i, personajın peydə olacağı ən yaxın filmdə canlandırması üçün seçib.
Personaj sahibləri Pattinson və digər britaniyalı akltyor – Nikolas Holt arasında seçiblər. Seçin Pattinsonun xeyrinə olub.
Gözlənilir ki, yeni aktyorun baş rolda olacağı “Betmen” filmi 25 iyun 2021-ci il tarixində ekranlara çıxacaq.