Tribuna İnformasiya Agentliyi

“Warner Brothers” studiyası “Betmen” rolu üçün yeni aktyor tapıb

01 İyun

“Warner Brothers” studiyası britaniyalı aktyor Robert Pattinsonla “Betmen” rolu barədə danışıqlara başlayıb.

Trend-in məlumatına görə, studiya aktyoru “Betmen”i, personajın peydə olacağı ən yaxın filmdə canlandırması üçün seçib.

Personaj sahibləri Pattinson və digər britaniyalı akltyor – Nikolas Holt arasında seçiblər. Seçin Pattinsonun xeyrinə olub.

Gözlənilir ki, yeni aktyorun baş rolda olacağı “Betmen” filmi 25 iyun 2021-ci il tarixində ekranlara çıxacaq.