VÜSAL KƏRİMLİ PREZİDENTİN BU LAYİHƏSİNİ İFLASA UĞRADIB – NİİM KİMƏ LAZIMDIR?backend

VÜSAL KƏRİMLİ PREZİDENTİN BU LAYİHƏSİNİ İFLASA UĞRADIB – NİİM KİMƏ LAZIMDIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyi (BNA) yaradıldıqdan sonra  bu qurumun tabeçiliyinə verilib.
TİA.Az-ın araşdırmalarına görə, bu illər ərzində BNA İdarə Heyətinin sədri Vüsal Kərimli NİİM-in fəaliyyətinin stimullaşdırılması üçün heç bir addım atmayıb. Həmin qurumun dayanacaqlarda quraşdırılmış monitorlar, naviqatorlarla bağlı hər hansı işlək mexanizmi yoxdur.
Həmin monitorlar indiyə qədər işləmir və dövlətin bu cihazların alınmasına ayırdığı maliyyə havaya sovrulub. BNA isə ilk vaxtlardan gur-gur guruldayırdı ki, dayanacaqlar intellektual idarəetmə sistemini yenidən quracaq. Amma bunun söz olaraq qaldığı göz qabağındadır.
Ümumiyyətlə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi niyə saxlanır, hansı işi görür, əməkdaşları nəyə görə maaş alır, çox qəribədir.
Bu “ölü qurum” V.Kərimlinin əlində bir maxinasiya alətinə çevrilməkdən ayrı funksiyanı yerinə yetirmir. BNA-da baş daha çox hansısa marşurtların ləğvi və yenidən “satılmasına” qarışılıb.

Parklamanın idarə edilməsi, işıqforların nəqliyyat axınına uyğun idarəsi, avtobus sürücülərinin təhlükəli hərəkətləri, yollardakı və dayanacaqdakı monitorların işləməməsi, xüsusən də tıxacların idarəolunması məsələləri problem olaraq qalır. Həm də, bu informasiya sisteminin effektiv və çevik faəliyyəti ümumiyyətlə müşahidə olunmur. Həmçinin “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə istifadəçilərə göndərilməsi” ilə bağlı Nazirlər Kabineti qərar qəbul etmişdi və icrası da bu Mərkəzə tapşırılmışdı. İndi bu SMS sistemdən də bir xəbər yoxdur.
Mərkəzin internet resurslarının interaktivliyi yoxdur, yenilənmə mütəmadi aparılmır, faydalılığı yox səviyyəsindədir. Ötən müddət ərzində bu sistem ölkədə nəqliyyat problemlərinin həllinə xeyli töhfələr verə bilərdi. Təəssüf ki, hələlik bunu görə bilmirik və qurum rəhbərliyi paytaxt nəqliyyatına «yağlı tikə» gözü ilə baxır.
Bildirək ki, Bakıda avtobusların gəlmə intervalını göstərən monitorların quraşdırılması üçün Cənubi Koreyanın “SK C&C” şirkəti ilə razılıq 2008-ci ildə əldə olunub.

Amma onun gətirilməsi və quraşdırılması 2012-ci ildə reallaşıb. Amma onların fəaliyyəti qısamüddətli olub.

Vaxtilə paytaxtın 1200 dayanacağından 611-də monitor quraşdırılıb. Onlardan 400-dən çoxu sistemə inteqrasiya olunub.

Qalan digər monitorlar isə sistemə salınmayıb. Bu monitorlar külli miqdarda vəsait hesabına başa gəlsə də, hazırda həmin cihazlar işlək vəziyyətdə deyil. Dayanacaqlarda quraşdırılmış monitorların hər biri dövlətə təxminən 10 min dollara başa gəlib. Deyək ki, keçmiş nazir Ziya Məmmədovun dövründə yeyintiyə yol verilib, bəs indi niyə BNA NİİM-nin fəaliyyətini aktivləşdirmir, həmin monitorları işə salmır?
Bir neçə il öncə Bakı Nəqliyyat Agentliyinin (BNA) rəsmiləri işlək olmayan monitorların dayanacaqlardan yığışdırılacağı, əvəzində yeni və müasir informasiya lövhələrinin quraşdırılacağını bəyan etmişdi. Amma bu sahədə də işlər yarımçıq qalıb.

TİA.Az