Tribuna İnformasiya Agentliyi

Vüsalə Mahirqızı APA-nın aqibəti haqda danışdı: “Araşdırma aparılır”

03 Avqust
“APA Holding”in prezidenti Vüsalə Mahirqızı bu media quruluşuna daxil olan saytların bloklanması məsələsinə aydınlıq gətirib.
Qaynarinfo-nun modern.az-a istinadən məlumatına görə V.Mahirqızı bu haqda açıqlamasında deyib ki, müəyyən problemlər yarandığına görə “APA Holding”ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb:
“Müəyyən problemlər yarandığına görə “APA Holding”ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.
Xatırladaq ki, “APA Holding”ə daxil olan saytların fəaliyyəti avqustun 1-də axşam saatlarında dayandırılıb. Nəticədə Apa.az, Lent.az, Vesti.az, APA.TV saytlarına giriş məhdudlaşıb.