Vurğun Əyyubun vəfatından 2 il ötdü – ANIMbackend

Vurğun Əyyubun vəfatından 2 il ötdü – ANIM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edən Vurğun Əyyubun vəfatından 2 il ötdü.

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri, görkəmli ictimai-siyasi xadim Vurğun Əyyubun ölümündən iki il ötür.

Vurğun Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə ilk dəfə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub AXC-Müsavat hökumətinin ən böyük tarixi ugurlarından birini gerçəkləşdirib.

1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub, 2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat başqanının 1-ci müavini təyin edilib.

2014-cü ilə Müsavatda rəhbərlik dəyişəndən sonra V.Əyyub partiyanın Məclis üzvlüyündən çıxarılıb və sıravi üzv kimi qalıb.

Daha sonar Müsavatı tərk edən Vurğun Əyyub 2015-ci ildə tanınmış iqtisadçı Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin 1-ci müavini seçilib.

V.Əyyub uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib. O, 2019-cu ilin 24 sentyabrında 62 yaşında vəfat edib.

Allah rəhmət eləsin!