Vüqar Səfərlinin məhkəməsi təxirə salındı – SƏBƏBbackend

Vüqar Səfərlinin məhkəməsi təxirə salındı – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilir.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, təqsirləndirilən şəxslərdən ev dustaqlığına olan Təmkin Xəlilov ‘”Altun” restoranın direktoru müavini, Şahin İbrahimov “Altun” restoranının inzibatçısı, Valeh Orucov “Xəmsə” restoranının icarədarı, Bəxtiyar Fətullayev “Xəmsə” restoranının icarədarı olub.

Təhminə Yaqubova Vüqar Səfərlinin yanında mühasib kimi çalışıb.

Təqsirləndirilən şəxs Şahin İbrahimovun vəkili iclasda iştirak etmədiyi üçün hazırlıq iclası iyulun 30-a təyin edilib. (publika.az)