Vüqar Orucun 45 yaşı tamam olurbackend

Vüqar Orucun 45 yaşı tamam olur

“VECON CONSULTİNG” qiymətləndirmə şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Orucun 45 yaşı tamam olur.

Vüqar Oruc hələ gənclik dövründən aktiv ictimai fəaliyyətlə məşğul olub və Azərbaycan cəmiyyətinin tərəqqisi, Bütov Azərbaycan ideyalarının təbliği istiqamətində yorulmadan çalışıb. Təsadüfi deyil ki, vaxtilə onun rəhbəri olduğu gənclər təşkilatının yetirmələri arasında hazırda yüksək dövlət vəzifələrində çalışan, özəl strukturlara rəhbərlik edən şəxslər az deyil.

V.Oruc həm də peşəkar iqtisadçıdır və “VECON CONSULTİNG” qiymətləndirmə şirkətinin təsisçisi və direktorudur. Eyni zamanda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini olan V.Orucun rəhbərlik etdiyi şirkət ölkəmizin aparıcı holdinq və şirkətləri, maliyyə təsisatları, dövlət qurumları ilə sıx əməkdaşlıq edir. Qiymətləndirmə sahəsində Avropa protokollarının və müasir qiymətləndirmə meyarlarının ölkəmizdə tətbiqi istiqamətində böyük işlər görüb. Bu sahədə xüsusi təcrübəyə malik, xaricdə ixtisas artırmış peşəkar komandanı bir araya gətirib.

TİA.AZ kollektivi olaraq Vüqar Orucu yubileyi münasibətilə təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki