Tribuna İnformasiya Agentliyi

“Voronenkovu öldürən şəxs Rusiya agenti olub”

24 Mart

Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qatili Rusiya xüsusi xidmət orqanlarının Ukrayna güc strukturlarına yeridilmiş agenti olub. 

Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qatili Rusiya xüsusi xidmət orqanlarının Ukrayna güc strukturlarına yeridilmiş agenti olub.

APA-ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri, Ali Radanın üzvü Anton Geraşşenko yerli televiziyalara açıqlamasında deyib. O bildirib ki, qatil 2014-cü ilə Rusiya xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub.

A.Geraşşenko qatilin Ukrayna Milli Qvardiyasında 13 ay xidmət etdiyini, lakin döyüşlərdə iştirak etmədiyini söyləyib. Hazırda Ukrayna hüquq-mühafizə orqanları onun bütün fəaliyyətini araşdırır və bərabər xidmət etdiyi əsgər yoldaşlarını dindirir.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının sabiq üzvü Denis Voronenkov martın 23-də Kiyevin mərkəzində, Puşkin küçəsində güllələnib. Onun mühafizəçisi killerə atəş aça bilib və özü də yaralanıb. Cinayəti törədən şəxs xəstəxanaya çatdırılsa da, orada ölüb. Hadisə ilə bağlı təhqiqat aparılır.

D.Voronenkov 2016-cı ilin oktyabrında Ukraynaya qaçıb və Ukrayna vətəndaşlığı alıb. O, Ukrayna Baş Prokurorluğuna Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi və sabiq prezident Viktor Yanukoviçlə bağlı ifadələr verirdi.