Volodimir Zelenski dünya yəhudilərinə çağırış edib-VİDEObackend

Volodimir Zelenski dünya yəhudilərinə çağırış edib-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski yəhudiləri Babi Yar və Umanın atəşə tutulmasına səssiz qalmamağa çağırıb.

TİA.AZ “Unian”a istinadən xəbər verir ki, Zelenski bu barədə növbəti videomüraciətində danışıb.

Onun sözlərinə görə, tarixi bilən istənilən normal insan üçün Babi Yar Kiyevin və Avropanın xüsusi hissəsidir, dua edilən yerdir: “Belə bir raket zərbəsi onu göstərir ki, bizim Kiyev Rusiyada bir çox insanlar üçün tamamilə yaddır. Onlar bizim paytaxt, bizim tariximiz barədə heç nə bilmirlər. Lakin onların belə bir tapşırığı var – bizim tariximizi, ölkəmizi, bizim hamımızı silmək. Müharibənin ilk günü hər il yüz minlərlə yəhudinin dua etmək üçün gəldiyi Uman qəddarcasına bombalandı. Daha sonra 100 min yəhudinin güllələndiyi Babi Yar atəşə tutuldu.

İndi dünyada olan bütün yəhudilərə səslənirəm – məgər nə baş verdiyini görmürsünüz? Buna görə də, dünya üzrə milyonlarla yəhudinin susmaması çox vacibdir. Nasizm sükutda doğulur. Bu səbəbdən də, dinc insanların öldürülməsi barədə bağırın. Ukraynalıların qətlə yetirilməsi haqda bağırın”.

Xatırladaq ki, dünən Rusiya qoşunları Kiyevdə teleqülləni vurub. Nəticədə, beş nəfər ölüb. Ukraynanın XİN rəhbəri Dmitri Kuleba da bu barədə paylaşım edərək bildirib: “Yenicə Rusiya raketi ilə vurulan Kiyev teleqülləsi Babi Yar ərazisində yerləşir. 1941-ci il sentyabrın 29-30-da nasistlər burada 33 mindən çox yəhudini qətlə yetiriblər. 80 il sonra rus nasistləri ukraynalıları məhv etmək üçün eyni torpaqları vururlar”.