Tribuna İnformasiya Agentliyi

Vladimir Zelenski 15 qubernatoru işdən çıxarıb

11 İyun

Ukrayna prezidenti Vladimir Zelenski 15 vilayət administrasiyası rəhbərini işdən çıxarıb.

“Report” UNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka brifinqdə bildirib.

Onun sözlərinə görə, Çerniqov, Xmelnitski, Xerson, Ternopol, Sumı, Poltava, Odessa, Nikolayevskaya, Lvov, Kirovoqrad, Kiyev, İvano-Frankovsk, Zaporijye, Zakarpatye və Volın vilayətlərinin qubernatorları işdən azad edilib.

Daha əvvəl Vladimir Zelenskinin yaxın günlərdə 13 qubernatoru vəzifədən azad etmək niyyətində olduğu bildirilirdi.