Vladimir Putin fəaliyyətini özünütəcrid rejimində davam etdirirbackend

Vladimir Putin fəaliyyətini özünütəcrid rejimində davam etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiya Prezidenti Vladimir Putin koronavirusa görə özünütəcrid rejimdə yaşayır”.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sentybarın 24-də jurnalistlərə bildirib.
“Özünütəcrid şərti məhudiyyətdir. Onsuz da dövlət başçısı həmişə gündəlik iş rejimi ilə öz yerindədir”, – o qeyd edib.
Mətbuat katibi deyib ki, karantinə görə Vladimir Putinlə şəxsən təmasda olmur.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin koronavirusdan qorunmaq üçün sentyabrın 14-dən özünütəcrid rejiminə keçib. Bildirilib ki, V.Putinin daimi ünsiyyətdə olduğu dövlət məmurları COVID-19 infeksiyasına yoluxublar. Ona görə də Rusiya Prezidenti özünütəcrid rejimində işləyir.