Vladimir Maşkovun qızı atasını sosial şəbəkədə söyübbackend

Vladimir Maşkovun qızı atasını sosial şəbəkədə söyüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı aktyor Vladimir Maşkovun qızı, aktrisa Mariya Maşkova Ukraynadakı savaşla bağlı yenidən atasının mövqeyinə zidd açıqlama yayıb.

TİA.AZ xəbər verir ki, Mariya bu günlərdə öz emosiyalarını daha kobud şəkildə ifadə edib.Qeyd edək ki, rusiyalı aktrisa bir neçə ildir həyat yoldaşı və uşaqları ilə birlikdə ABŞ-da yaşayır. Rusiyanın Ukraynada apardığı təcavüzkar müharibə başlayandan bəri sənətçi öz mikrobloqunda mütəmadi olaraq sərt fikirlərini ifadə etdiyi yazılar dərc edir.

“Cəhənnəmə gedin, atalar! (rus dilində olduqca təhqiramiz şəkildə ifadə olunub-red.) Biz qalib gələcəyik. Sevgi həmişə qalib gəlir”,-deyə Mariya Maşkova belə bir status yazıb.

Sənətçinin bir çox abunəçisi Maşkovanın kino sənayesindəki karyerasında, məşhur atasına qismən borclu olduğunu xatırladaraq onu qınayan şərhlər yazıblar.