backend

“Vitali Rəhimov pulları geri qaytarmayacaq” – Nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vitali Rəhimovla bağlı məsələnin arxasında nələrin olduğunu araşdırmalısınız.  

Vitali Rəhimovla bağlı məsələnin arxasında nələrin olduğunu araşdırmalısınız. 


Mən bu məsələyə, sadəcə, fikir bildirə bilərəm.


Bunu gənclər və idman naziri Azad Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edən idmançıların təkrar dopinq testi nəticəsində qadağan olunmuş preparatdan istifadə etdiyi bildirilən yunan-Roma güləşçisi Vitali Rəhimovun gümüş medalının qaytarılması ilə bağlı danışarkən deyib.

A.Rəhimov idmançının apellyasiyaya şikayət edə biləcəyini söyləyib: “Hər bir idmançının buna hüququ var. Biz də onun tərəfdarıyıq. Qanında prob B tapılıb, bu da çox ağırdır. Vitali isə bu dərmanı qəbul etmədiyini, buna məcbur olunmadığını da deyib. Bizim güləşdə bu dərmanı qəbul etməyə ehtiyac da yoxdur. Çünki heç bir effekt vermir. Həmin məhsulun idmançının qanına necə düşdüyü ilə biz də maraqlanırıq. Hər bir idmançıya inanırıq. Digər tərəfdən isə prob B açılıb. Həmişə olduğu kimi, Dünya Anti Dopinq Agentliyinə suallar daha çoxdur. Bu suallar da qalmaqdadır”.

O, idmançının olimpiya medalını qaytarmaqda vasitəçi ola bilməyəcəyini də deyib: “Sadəcə, bizdən medal tələb olunsa, biz də idmançıdan tələb edəcəyik. Biz Beynəlxalq Olimpiya Komitəsinin tabeliyindəyik. Ali qurum medalı qaytarmağı tələb edərsə, bunu etməliyik. Bu məsələdə heç bir mübahisə ola bilməz”.

A.Rəhimov güləşçinin olimpiya medalı qarşılığında dövlət və MOK-dan aldığı pul mükafatının geri alınmayacağını da əlavə edib: “Çünki mən Vitalinin bu medalı böyük zəhməti hesabına qazandığına inanıram. Onun “Pekin-2008″dəki çıxışı indiyədək də gözümüzün qabağındadır. O, medala layiqdir” (Report.az)