Virusun dərmanı, yoxsa yoluxma mənbəyi? (VİDEO)backend

Virusun dərmanı, yoxsa yoluxma mənbəyi? (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. Hələ qədim zamanlardan nar həyat ağacı, nar şirəsi isə sevgi içkisi adlandırılıb. Son günlər Cənnət meyvəsi sayılan, meyvələrin şahı olan narın sıxılaraq elə yerindəcə satılmasının şahidi oluruq. Mütəxəssislər bu meyvənin, demək olar ki, hər dənəsinin insan sağlamlığı üçün faydalı olduğunu deyir.

Bəs gün ərzində nar şirəsinin litrlərlə içilməsi nə dərəcədə doğrudur? Ümumiyyətlə, küçə ticarəti ilə məşğul olanlardan nar şirəsini almaq düzgündürmü?

“Report” faydalıdır, dadlıdır, hər dərdə dərmandır deyib nar suyu içənləri maarifləndirmək üçün araşdırma aparıb. Xüsusi karantin rejimi dövründə nar suyunu istehsal edib yerindəcə satanların gördüyü işin təhlükəsizliyi ilə maraqlanıb.