“Virusla bağlı qara günlər qarşıdadır” – rus professordan sağ qalmaq üçün 7 qızıl şərt…backend

“Virusla bağlı qara günlər qarşıdadır” – rus professordan sağ qalmaq üçün 7 qızıl şərt…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Valeriy Solovey: “Epidemiya yayılmaqda davam edəcək, şanslı olan, bəlkə payızda koronavirusun peyvəndini gördü”

Koronavirus dünyanın əsas mövzusuna çevriləndən bəri Azərbaycan mediasında ən tirajlı yazılar sırasında rusiyalı bilim adamları və yazarlarının açıqlamaları da var.

Bu gün təqdim edəcəyimiz isə yazıçı deyil, tanınmış siyasətçi və tarixçi professor, həm də “Siyasi Nostradamus” kimi tanınan Valeriy Soleveydir. Ən maraqlısı odur ki, professor Solevey hələ 4 ay əvvəl mətbuata müsahibəsində… Rusiyada fövqəladə rejim elan olunacağını, 2020-ci ilin yazının çox çətinliklə keçəcəyini deyibmiş. İnanmırsan? Budur onun çıxışlarından sitatlar:

18 dekabr 2019:

“Fövqəladə vəziyyət rejimini hüquqi baxımdan tam şəkildə elan etmək lazım deyil. Ancaq uyğun şərtlər ortaya çıxsa, bu, 2020-ci ilin yazında elan edilə bilər. Gələn ildən başlayaraq bizi çətin günlər gözləyir. Bu sınaq isə hamı üçün eyni olcaq”.

Moskvalı professor bütün bunları əvvəlcədən necə bilə bilərdi? Özü də bu onun gerçəkləşən proqnozlarının yalnız bir hissəsidir. Baxaq, daha hansı proqnozları doğru çıxıb:

– 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Trampın qələbəsi;
– Rusiya Prezident Administrasiyasının rəhbərinin 2016-cı ildə dəyişdirilməsi;
– Konstitusiyaya dəyişiklik və 2020-ci ildə siyasi dəyişikliyin başlanğıcı olacağı;
-2020-də dolların kursunun qalxması…

“İtaliyada ailəmə dedim ki, kef edin, dünya dəyişəcək”

“Yeni il öncəsi yaxın ətrafıma dedim ki, qarşıdan çox çətin günlər gəlir. Yanvarda İtaliyaya istirahətə getdik. Dedim ki, bu ölkədə yeyin, için, həyatdan zövq alın. Çünki tezliklə dünyada hər şey dəyişəcək” deyə, professor Solovey müxbirlə söhbətində xatırlayıb. Bəs indi nələr olacaq?
Tarixçi professorun dediklərindən: “Ümid edirəm ki, apreldəki bir aylıq məcburi karantindən sonra may ayında işləyəcəyik. Yazı və yayı yaşayacağıq – insanların bağları, bostanları, kottecləri var. Ancaq tam əminliklə deyə bilərəm ki, payızda sosial-iqtisadi böhranla əlaqəli çox ciddi problemlərimiz olacaq. Bu çətinlikləri indi də yaşayırıq əslində. Amma sonra…Deyə bilmərəm ki, büdcədə maliyyə vəziyyətimiz pisdir. Ancaq hakimiyyətin xalqa pul verməkdən çəkindiyi ortadadır. Bilirsən niyə? Çünki əsl qara günlər qarşıdadır. Bu bir-iki ay yox, aylarla davam edən böhrandır. Çox ümid edirəm ki, indi vəziyyət bir az yaxşılaşacaq. Almaniyadan və ya Fransadan fərqli olaraq, biz iki ay işləməyə bilmərik. İki həftəlik karantin bizim üçün ən yuxarı həddir. İnsanlarda pul yoxdur. Buna görə iqtisadiyyatı yenidən dirçəltmək lazım gələcək”.

“Epidemiya yayılmaqda davam edəcək”

Professor deyir ki, iqtisadi böhranla paralel olaraq, koronavirus epidemiyası da yayılmaqda davam edəcək: “Xəstəliklə bağlı tətbiq edilən məhdudiyyətləri keçib epidemiya ilə birgə yaşamalıyıq. Bunu tək Rusiya yox, bütün ölkələr etməli olacaq. İnsanlar bu qorxunu dəf etmək məcburiyyətində qalacaq. Çünki hələ müalicəsi yoxdur və önümüzdəki aylarda olacağı da mümkünsüz görünür. Şanslı olan, bəlkə payızda koronavirusun peyvəndini gördü. Ancaq bu pandemiyanı insanlar birtəhər yaşamalıdır. İnsan elə bir məxluqdur ki, hər şeyə öyrəşir. Daima epidemiya qorxusu ilə yaşaya bilməzlər. Amma bu qorxu ilə yaşamağa öyrəşirlər”.

 

Bəs, nə etməli?

Professor 7 qızıl şərt sadalayır:

“Birincisi. İş yerinizə diqqət edin. Əgər maaşın azaldılması şərti ilə işinizə davam etmək təklif olunsa, bu sizin üçün ağır olsa belə, bununla razılaşın.

İkincisi. Əlavə pul qazanmaq üçün indi hər fürsətdən yararlanın. Təbii ki, “cinayət edin və qeyr-qanuni əməllərə əl atın” demirəm. Sadəcə, əvvəl özünə yaraşdırmadığınız işi indi etməkdən çəkinməyin.

Üçüncüsü. Əlinizdə olan maliyyə ehtiyatlarına diqqət edin. Onları bədxərclik etmədən xərcləməyi planlaşdırın.

Dördüncüsü. Ailədə sağlam iqlimi qorumaq çox vacibdir. Çünki böhran vəziyyətində əsas dəstəkçiniz, yeganə ümidiniz əzizlərinizdir.

Beşincisi. Qarşılıqlı yardım şəbəkələri yaratmağa çalışın. Yəni qonşularla, dostlarla bir-birinizə maddi və mənəvi baxımdan necə kömək etmək barədə düşünün. Bu təhlükəsizlik baxımından çox vacibdir. Aydındır ki, böhran cinayətkarlığın artmasına səbəb olacaq. Bu sosialaşma, qonşularınızı yaxından tanımağa və binanın girişdə tanımadığınız adamlardan gələ biləcək təhlükədən hamınızı sığortalaya bilər.

Altıncısı. Borclarınız varsa, tez ödəyin. İpoteka borcunuz varsa, ödəməni mümkün qədər tezləşdirməyə çalışın. Kreditləriniz varsa – təcili olaraq verin. Yeni kredit və borc götürməyin.

Yeddinci. Sağlam düşüncəni əsas tutun, axmaq söz-söhbətlərə, şaiyələrə inanmayın və yumor hissinizi itirməyin”.

Musavat.com