Vinnitsa şəhərində birgünlük matəm elan olundubackend

Vinnitsa şəhərində birgünlük matəm elan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın raket hücumuna məruz qoyduğu Ukraynanın Vinnitsa şəhərində birgünlük matəm elan olunub.
TİA.AZ UNIAN-a istinadən xəbər verir ki, sabah Vinnitsada bayraqlar endiriləcək, hadisənin qurbanları yad ediləcək.
Qeyd edək ki, Rusiyanın hücumu nəticəsində şəhərdə ölənlərin sayı 21 nəfərə çatıb. Onlardan 3-ü uşaqdır. Həmçinin 52 nəfər hospitala yerləşdirilib, onların 34-nün vəziyyəti ağırdır.
Hücum nəticəsində 55 yaşıyış binasına və 40 avtomobilə ziyan dəyib.