“Vindzor Kral Atçılıq Şousu” başlayıbbackend

“Vindzor Kral Atçılıq Şousu” başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Böyük Britaniya və Şimali İrlan­diya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən “Vindzor Kral At­çılıq Şousu” start götürüb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, 2014-cü ildən etibarən Azərbaycanın dəvət aldığı bu beynəl­xalq at­çılıq şousu mədəniyyətin tanıdılması üçün son dərəcə əhəmiyyətli platformaya çevrilib. Bu il “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizi növbəti dəfə Döv­lət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib­.

2019-cu ildə Kraliça Viktoriyanın xatirəsinə həsr olunmuş bu tədbir üçün nümayəndə heyəti tərəfin­dən xüsusi olaraq “Azərbaycanın kəlağayısı və Qara­bağ atları” adlı şou-kompozisiya hazırlanıb. 1500 ildən çox tarixə malik Azərbaycan kəlağayısının hələ iki əsr öncə – 1851-ci ildə Londonda keçirilmiş böyük sərgidə Kraliça Viktoriyaya hədiyyə edilməsinin vurğulanması ma­raqla qarşılanıb.