Vilyam Hacıyevin həbs müddəti uzadıldıbackend

Vilyam Hacıyevin həbs müddəti uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində olan həbs qəti imkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

TİA.AZ xəbər verir ki, hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə V.Hacıyevin həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, V. Hacıyev koronavirusa yoluxduğu üçün məhkəmə prosesinə gətirilməyib.