Vilyam Hacıyev təkcə, iki iş adamının 1.3 milyon manatını mənimsəyibbackend

Vilyam Hacıyev təkcə, iki iş adamının 1.3 milyon manatını mənimsəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl DTX-nın keçirdiyi əməliyyat zamanı həbs olunan İmişli rayonunun icra başçısı Vilyam Hacıyev dünən məhkəmə qarşısına çıxarılıb. JAMAZ.İNFO xəbər verir ki, sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 3 maddəsi üzrə cinayət işi açılıb. Həmin ittihamlar rüşvətalma, vəzifə səlahiyyətlərini aşma və mənimsəmə kimi cinayət əməllərini ehtiva edir.
Bildirək ki, Hacıyev haqqında ən çox tənqid yazılan və adı qalmaqallara qarışan icra başçılarından biri olub. Hələ bir neçə il əvvəl onun bir neçə iş adamına çatacaq külli miqdarda pulu mənimsədiyi qeyd olunurdu. Hətta bununla bağlı məsələ mətbuatda da geniş şəkildə yayılmışdı.
JAMAZ.İNFO bildirir ki, Vilyam Hacıyev İmişli rayonunda bir çox tikinti işlərini həyata keçirən təkcə, iki iş adamının 1,3 milyon manat pulunu mənimsəyib. Onlardan biri tanınmış futbolçu Mahşallah Əhmədov olub ki, həmin şəxs indiyə qədər 400 min manat pulunu ala bilməyib.

Digər iş adamı isə təkcə, İmişlidə deyil, həmçinin Goranboy rayonunda və Sumqayıt şəhərində tikinti işləri aparmış Müqayis Verdiyevdir. Belə ki, Nizaməddin Quliyev ona çatacaq 256 min manatı verməyib.

İmişlidə tikinti işlərini reallaşdıran sözügedən sahibkarın Vilyam Hacıyevlə də aralarında borc qalmaqalı yaşanıb. Hələ 2016-cı ildə rayonda bir çox tikinti işlərini reallaşdıran Verdiyev indiyə qədər Vilyam Hacıyevdən 857 min manatını ala bilmir.

Bununla bağlı JAMAZ.İNFO-nun sualını cavablandıran Müqayis Verdiyev məsələ barədə uzun danışmaq istəməyib. O təsdiq edib ki, Vilyam Hacıyev onun 857 min manatını bu günə qədər qaytarmayıb. “Belə borc məsələsi var. Bir çox müstəvidə həmin borcun qaytarılması üçün çalışmışam. Nə deyim, Allah qapısını açsın. Digərləri də bundan ibrət götürsün ki, başqalarının haqqını yemək olmaz”.
O deyib ki, vaxtıyla Nizaməddin Quliyev, Vilyam Hacıyev haqqında danışanda, onların sahibkarları incitdiyini deyəndə, halal haqları olan pullarını vermədiyini dilə gətirəndə, çoxları onları qınayıb. “Vaxtında deyirdik ki, Nizaməddin də, Vilyam da, bir başqaları da qanunsuzluqla, özbaşınalıqla məşğul olar. Həmin vaxt bizim haqqımızda yanlış fikrə düşmüşdülər. Elə bilirdilər ki, qərəzliyik və başqa bir niyyətimiz var. O günlərdə dediklərimiz bu gün təsdiqlənir”.

Qeyd etmişdik ki, Verdiyev Sumqayıtın icra başçısı Zakir Fərəcovla da borc qalmaqalı yaşayır. Belə ki, icra başçısı ona çaracaq pulu 3 ildir vermir. O, bu məsələ ilə bağlı sualımıza cavab olaraq bildirdi ki, Zakir Fərəcovla aralarında borc söhbəti var. “Bu, öz aramızda olan məsələdir. Ümud edirəm ki, Zakir Fərəcov həbs olunan keçmiş həmkarlarının aqibətindən nəticə çıxarıb, haqqı olanın haqqını geri verəcək”.