Tribuna İnformasiya Agentliyi

Villardan oğurluq edən dostlar: “Boş çıxsaq da, kameraya düşmürdük” (VİDEO)

29 Dekabr
Mehdiabad polisi mənzilləri qarət edən iki nəfəri saxlayıb.
ARB TV xəbər verir ki, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Binəqədi və Abşeron rayonlarının ərazisindən 18-dən çox mənzildən oğurluq edən iki dost saxlanılıb.
Onlar, Saatlı rayon sakini, 19 yaşlı Samir Abbasov və Bakı şəhər sakini, 23 yaşlı Mirsaleh Məmmədov saxlayıblar.
Binəqədi və Abşeron rayonlarında evlərə girən həmin şəxslər mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları oğurladıqlarını etiraf ediblər.
Samir Abbasov – saxlanılan şəxs: “Baxırdıq ev boşdur, dostumla birgə hasardan aşıraq evə girirdik. Pul, qızıl, qarşımıza nə çıxsa götürürdük”.
Mirsaleh Məmmədov – saxlanılan şəxs: “Binəqədi və Mehdiabad ərazilərindən dostumla birgə oğurluq etmişik. İşıq yanmayanda bilirdik ki, ev boşdur”.
Dostlar işlərini ehtiyyatlı tutub oğurluğa getdikləri villaların təhlükəsizlik kameralarının yaddaş kartlarını götürməyi də unutmayıblar.
Samir Abbasov – saxlanılan şəxs: “Əllərində görüntü olmasın deyə yaddaş kartını götürürdük”.
Mirsaleh Məmmədov – saxlanılan şəxs: “Evdən boş da çıxsaq məcbur yaddaş kartını götürürdük, çünki kameraya düşürdük. Qoparıb, yerə vurub, əzib atırdım”.