Vilayət Eyvazov yeni rəsi təyin etdibackend

Vilayət Eyvazov yeni rəsi təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. 
TİA.AZ -ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Musayev Rəşad Eldar oğlu tutduğu vəzifədən azad edilib.
Nazirin digər əmri ilə R.Musayev Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki bir müddət əvvəl həmin bölmənin rəisi, polis mayoru Rəşad Abdullayev vəzifəsindən azad edilərək sərəncama götürülüb.