Vilayət Eyvazov Vaqif Əsədovla Nurlan Əliyevi təltif etdibackend

Vilayət Eyvazov Vaqif Əsədovla Nurlan Əliyevi təltif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis Günü ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) təltif edilən əməkdaşı arasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov da var.

TİA.AZ xəbər verir ki, V.Əsədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən “Azərbaycan Polisinin 100 illiyi” yubiley medalı ilə təltif olunub.

Təltif edilənlər arasında DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev də var. N.Əliyev Vilayət Eyvazov tərəfindən Polis Günü ilə əlaqədar Təşəkkürnamə ilə təltif olunub.

Qeyd edək ki, nazirliyin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev DİN-in fəxri fərmanı ilə, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov əla xidmətlərə görə döş nişanı təltif edilib. DİN-in Mətbuat xidmətinin inspektoru Anar Qafarova isə növbədənkənar polis mayoru rütbəsi verilib.