Vilayət Eyvazov Sumqayıta, Nəsimiyə rəis təyin etdi – YENİ TƏYİNATLARbackend

Vilayət Eyvazov Sumqayıta, Nəsimiyə rəis təyin etdi – YENİ TƏYİNATLAR

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsində bir sıra kadr dəyişiklikləri olub.

TİA.AZ xəbər verir ki, “MediaPost”un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri imzalayıb.

Əmrə əsasən, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının komandiri, polkovnik Mahmudov İmran Mürvət oğlu sərəncama götürülüb.

Nazirin digər əmri ilə, Sumqayıt Şəhər Mühafizə İdarəsi rəisi, polkovnik Vəliyev Sahib Əlisahib oğlu vəzifəsindən azad edilərək, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının komandiri vəzifəsinə təyin olunub.

Bununla belə, Nəsimi Rayon Mühafizə İdarəsi rəisi, polkovnik  Bəşirov Elçin Tahir oğlu vəzifəsindən azad olunaraq, Sumqayıt Şəhər Mühafizə İdarəsi rəisi təyin edilib.

Nəsimi Rayon Mühafizə İdarəsi rəisi vəzifəsinə isə polis mayoru Məmməd Məmmədov təyin olunub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki