Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdibackend

Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Orqanlarında növbəti kadr dəyişikliyi baş tutub.

Bu barədə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən polis polkovnik- leytenantı Tural Hacıyev Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi təyin edilib. O bundan öncə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Hikmət Vəliyev bir müddət bundan əvvəl vəzifəsindən azad olunaraq Nərimanov Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib./