Vilayət Eyvazov nöqsanlara görə bölmə rəisini işdən çıxardıbackend

Vilayət Eyvazov nöqsanlara görə bölmə rəisini işdən çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

TİA.AZ xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, A.Əhmədov sərəncama götürülüb.
Hazırda 5-ci polis bölməsinin rəisi vəzifəsini polis mayoru Əli Hüseynov icra edir.
Qeyd edək ki, həmin bölmədə xidməti yoxlama aparılıb. Yoxlama nəticəsində nöqsanlar aşkarlanıb və bir neçə polis zabitinə töhmət verilib.