Vilayət Eyvazov “Bandotdel”ə şöbə rəisi təyin etdibackend

Vilayət Eyvazov “Bandotdel”ə şöbə rəisi təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yeni təyinat olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Ağayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dini ekstremizmlə mübarizə şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, daha öncə Şəki Şəhər Rayon Polis Şöbəsinin və Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi vəzifələrində çalışıb.