Vilayət Eyvazov Bakıda polis idarəsinə yeni rəis təyin edibbackend

Vilayət Eyvazov Bakıda polis idarəsinə yeni rəis təyin edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad edilib.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, H.Qasımov Səbail Rayon Polis İdarəsinə rəis təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti faktı təsdiqləyib.