Tribuna İnformasiya Agentliyi

Vilayət Eyvazov iki rəis müavinini işdən çıxardı

27 Sentyabr
Samux Rayon Polis Şöbəsinin rəis müavinləri işdən çıxarılıb.
TİA.AZ  xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, RPŞ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Kazım Bayramov və əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Malik Məmmədov tutduqları vəzifədən azad ediliblər. Hər iki rəis müavini sərəncama götürülüb.
Onların yerinə hələlik təyinat yoxdur.