“Viktoriya”nın baş məşqçisi “Qarabağ”la oynamaq istəməyibbackend

“Viktoriya”nın baş məşqçisi “Qarabağ”la oynamaq istəməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” Çexiya “Viktoriya”sı ilə qarşılaşacaq.

TİA.AZ xəbər verir ki, Plzen təmsilçisinin baş məşqçisi Mixal Bilek bu mərhələdə “Ferentsvaroş”la oynamaq istədiyini dilə gətirib.”Bakıdakı hava şəraitinin necə olduğunu bilmirəm, yəqin ki, çox isti olacaq. Buna hazırlaşmalıyıq. “Ferentsvaroş”la qarşılaşmaq istərdim. “Qarabağ” barədə çox məlumatım yoxdur. Macarıstanda böyük nəticə göstərdilər, bu da onların yüksək keyfiyyətə sahib olmasını göstərir. Asan oyun olmayacaq”.

Qeyd edək ki, “Qarabağ” “Viktoriya” ilə avqustun 17-də qarşılaşacaq.