Viktor Yuşşenko Qarabağda məhv edilən erməni silah və texnikalarından danışıbbackend

Viktor Yuşşenko Qarabağda məhv edilən erməni silah və texnikalarından danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağda ermənilərin 4 milyard dollardan artıq silah və texnikası məhv edilib. Bakıda Hərbi Qənimətlər Parkında məhv edilən hərbi texnikaları görə bilərsiniz”.

Tia.az-ın xəbərinə görə, bunu Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Şərq tərəfdaşlığı: Potensialı nədir?” mövzusunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, məhv edilən silah sursatın dəyəri 4 milyard dollardan artıqdır: “Qarabağda ermənilərin özlərinin bu qədər vəsaiti yox idi. Orada olan silahlara baxın və görəcəksiniz ki, hər bir raket, güllə Rusiyada istehsal edilib. Bunlar hamısı Rusiyanın hərbi ixracıdır, Abxaziya və Ossetiyada da, bizdə də eyni vəziyyət hökm sürür. Bu suallara cavablar tapılmalıdır”.