Vəziyyət dəyişir: İran neft bazarında Rusiyanı əvəz edə bilərbackend

Vəziyyət dəyişir: İran neft bazarında Rusiyanı əvəz edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İran neft hasilatını gündə üç dəfə – 6,5 milyon barelə qədər artırmağa hazırdır. 
TİA.AZ “Shana” agentliyinə istinadla xəbər verir ki, bunu İslam Respublikasının neft naziri Bijan Namdar Zanqane deyib.
Onun sözlərinə görə, Tehran bu cür istehsal həcmlərinə asanlıqla çata bilər, lakin “bunu istəməyən qüvvələr var”. Zanqane İranın neft istehsal gücünün artmasının ölkəsinin təhlükəsizliyini və siyasi gücünü artıracağını qeyd edib.
OPEC-in məlumatına görə, mart ayında İran gündə 2,3 milyon barel neft çıxarıb. Beləliklə, əlavə tədarük həcmi gündə təqribən 4.2 milyon barel təşkil edə bilər ki, bu da Rusiya neft ixracatının hazırkı həcmi ilə müqayisə olunur – gündə 4,5 milyon barel.
Bloomberg-ə görə, dövlətə məxsus istehsal şirkəti National Iran Oil Co. (NIOC) hazırda ABŞ-ın İrana qarşı neft embarqosundan sonra dayandırılmış yataqların texniki hazırlığını həyata keçirir. Agentliyin mənbələrinə görə, İran üç-altı ay ərzində neft hasilatını sanksiya öncəsi səviyyəyə (gündə 4,5 milyon barel) qaytara biləcək.