“Vəziyyət Azərbaycan Ordusunun tam nəzarəti altındadır” – Müdafiə Nazirliyindən açıqlamabackend

“Vəziyyət Azərbaycan Ordusunun tam nəzarəti altındadır” – Müdafiə Nazirliyindən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində vəziyyət ordumuzun tam nəzarəti altındadır”.

TİA.AZ xəbər verir ki, bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, düşmən təxribatının qarşısını alarkən hərbi qulluqçularımızdan yaralananlar da var: “Hazırda onların müalicələri davam edir. Bəzi KİV nümayəndələri yaralı hərbçilərimizə baş çəkmək istəyirlər. Pandemiya dövründə xəstəxanalara baş çəkmək qadağan olunub. KİV təmsilçilərinin bunu nəzərə almalarını xahiş edirəm”.