Tribuna İnformasiya Agentliyi

“Veysəloğlu” şirkəti qida məhsullarının qiymətini ucuzlaşdırdı

18 Aprel

Son vaxtlarda manatın məzənnəsinin ABŞ dollarına nisbətən möhkəmlənməsini nəzərə alaraq “Veysəloğlu” şirkəti distribyuterlik etdiyi idxal mallarının qiymətinə yenidən baxmış və bir sıra ərzaq məhsullarının topdansatış qiymətini endirib. 

Şirkətdən TİA.AZ-a verilən məlumata görə şirkət idxal etdiyi və topdansatışını həyata keçirdiyi duru qarğıdalı yağının qiymətini 7%-dək, şəkər tozunu 3%-dək, makaron məhsullarını 6%-dək, müxtəliv növ düyüləri 9%-dək, qarabaşağı 10%-dək, uşaq qidalarını isə 4%-dək ucuzlaşdırıb.