Tribuna İnformasiya Agentliyi

“Veysəloğlu”nun əməkdaşına hücum olub, şirkətin 70 min manatı aparılıb

02 May

Mingəçevir şəhərində şirkət əməkdaşına hücum olub, onun üzərindəki külli miqdarda pul aparılıb.

“Report”un Şirvan bürosunun verdiyi məlumata görə, “Veysəloğlu” Şirkətlər Qrupunun Mingəçevir filialında çalışan Abdullayev Elvin Rafiq oğlu yaşadığı binadan çıxarkən 2 nəfərin hücumuna məruz qalıb. Naməlum şəxslər zərərçəkənin əlində olan çantanı alaraq qaçıblar.

Məlumata görə, çantanın içərisində “Veysəloğlu” Şirkətlər Qrupuna məxsus 70 min manat vəsait olub.