Vətəndaşların şikayət məktubları nazirlikdə yoxa çıxır? – FAKTbackend

Vətəndaşların şikayət məktubları nazirlikdə yoxa çıxır? – FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən çoxsaylı şikayətlər olunur. Oxuculardan biri həmin nazirliyin fəaliyyəti ilə bağlı redaksiyamıza şikayətini göndərib.

Pravda.az-ın xəbərinə görə, Təbriz Yusubov adlı oxucu qeyd edir ki, 2 aya yaxındır nazirliyin rəsmi elektron ünvanlarına (info@sosial.gov.az və sahil.babayev@mlspp.gov.az) ərizə yazır, lakin cavab verilmir.

Anasının adından Prezident cənab İlham Əliyevin adına göndərilən məktub, araşdırılıb tədbir görülməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Prezident Administrasiyasından nazirliyə göndəriləməsindən 2 ay keçməsinə baxmayaraq hələ də ərizədən heç bir xəbər yoxdur. Nazirliyin əməkdaşı da ərizəni tapa bilmədiyini qeyd edir.