Vətəndaşları daxli turizmdən qaçırmamaq üçün nə etməli?backend

Vətəndaşları daxli turizmdən qaçırmamaq üçün nə etməli?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Karantin qaydaları yumşaldıqdan sonra dincəlmək üçün bölgələrə getmək istəyənlərin sayında ciddi artım müşahidə edilir. Monitorinqlər göstərir ki, bölgələrimizdə olan turizm obyektləri qiymətləri pandemiyadan əvvəlki dövrlə müqayisədə xeyili yüksəldiblər”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat qeyd edib ki, bu isə məzuniyyətlərini rayonlarda keçirmək istəyənlər üçün ciddi çətinliklər yaradır:
“Turizm xidmətlərində qiymət artımının səbəbləri iqtisadi baxımdan aydın olmasa da, bir sıra sahibkarların pandemiyadan sonra “daha qısa zamanda daha çox gəlir” prinsipi ilə işləməsi danılmazdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm gəlirlərinin əhəmiyyətli hissəsi daxili turizmin payına düşür. Avropa Birliyində turizm gəlirlərinin 80 faizi daxili turizm hesabına formalaşır. Amma bizdə qiymətlərin yüksəlməsi daxili turizmdə imkanları xeyili məhdudlaşdırır”.
Vüqar Bayramov bildirib ki, sahibkarların qiymətləri artırmaması, əksinə optimallaşdırması üçün daha çox təşviqedici və həmçinin maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir:
“Digər tərəfdən, turizmdə çalışan sahibkarların xərclərinin azaldılması üçün bir sıra Mərkəzi Şərqi Avropa ölkələrində olduğu kimi vergi güzəştləri də daxil olmaqla xüsusi güzəştlərin tətbiq olunması da məqsədəuyğun olar. Eyni zamanda, qonşu Türkiyədə olduğu kimi ötən əsrin 80-90-cı illərində subsidiyaların verilməsi mexanizminin tətbiqi mümkündür. Bununla da bu sektorda çalışan sahibkarlar xərclərin azaldılmasına nail ola bilər”.
Deputatın fikrincə, bütün bunların fonunda sahibkarların süni şəkildə tələbin artmasını nəzərə alaraq qiymətləri yüksəltməmələri vacibdir:
“Doğrudur, tələb artanda əksər hallarda qiymətə təsir edir. Turizmin spesifik sahədə olduğu üçün qiymətlərin əlçatan olması vacibdir. Dövlət tərəfindən bu istiqamətdə təşviq mexanizmlərinin genişləndirilməsi, eyni zamanda sahibkarların da korporativ sosial məsuliyyətə uyğun olaraq, daha optimal qiymət təklif etməsinə ehtiyac var ki, vətəndaşlar, xüsusən yay mövsümündə daxili turizmdən faydalanıb istifadə edə bilsinlər”.