“Vətəndaşa pul veriləndə ticarət dövriyyəsi artır, iqtisadiyyat canlanır” – EKSPERTbackend

“Vətəndaşa pul veriləndə ticarət dövriyyəsi artır, iqtisadiyyat canlanır” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hökumətin həm vətəndaşlara, həm də sahibkarlara elan etdiyi dəstək paketi iyun ayının 1-də bitib. Sonra Operativ Qərargah adlı mifik qurum (tərkibi və alınan qərarların mexanizmi bilinmir) iyun ayının ilk 2 həftəsində 4 gün analoqu olmayan, mənasız və məzmunsuz, hətta qanunsuz olaraq sərt “lockdown” elan etdi, nəticədə bütün biznes qapadıldı, hətta aptekləri və ərzaq dükünlarını da bağladılar. Bu addım virusla mücadilədə heç bir effek verməməsi bir qırağa, cəmiyyətdə gərginlik yaratdı, biznesin işini tam əngəllədi. Sonra həmin mifiq qurum karantin tədbirlərini avqustun 1-nə qədər uzatdı və yenidən effekti sübut olunmamış, heç bir hesablanması və modelləşdirilməsi aparılmamış SMS sisteminə geri döndülər”.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, əvvəl gün ərzində 2 dəfə SMS yazmağa icazə versələr də, sonra bunu birə endirdilər və yenə də heç bir hesablama aparmadan bu addımı atdılar, rəsmi olaraq “sui-istifadə hallarına yol verməmək üçün”-dedilər:

“Bu, yayğın, mənasız, hətta sovet qoxan ifadədir, camaat banklara, xəstəxanalara getməlidir, ərzaq almalıdır, isti havalarda piyada gəzməlidir, bütün bunları 2 saata necə sığışdırsın?! Keçək sosial və iqtisadi məsələlərə… Birincisi, vətəndaşlara 190 manat kimi azacıq pulu cəmi 2 ay verdilər, haqqı çatan onminlərlə insan hələ bu puldan məhrum qaldı, sonra iyun ayı üçün sərt karantin elan olunan bölgələrdə yaşayanlara 190 manat ödəniləcəyi ilə bağlı qərar verdilər, yəni 600 min vətəndaşın, təqribən 200 mininə iyunda 190 manat verməyəcəklər, anlamırlar ki, vətəndaşa ödədikləri pul həm də öz problemlərini həll edir – ticarət dövriyyəsi, istehlak artır, iqtisadiyyat az da olsa canlanır. İndi iyul ayı ərzində də karantin tədbirlərini uzatmaq istəyirlər, məntiqlə iyulda da 190 manatı ödəməlidirlər. İkincisi, ölkədə biznes çöküb, can verir, kiçik-orta sahibkarlar məhv olmaq üzrədirlər, ictimai iaşə, xidmət, turizm, qeyri-ərzaq ticarəti, sərnişindaşıma və s. sahələr sadəcə ölüb. Hökumətin alayarımçıq tədbirlər planında iyunun 1-ə qədər müəyyən addımlar nəzərdə tutulmuşdu, indi isə iyulun 1-dir və bir aydır ki, biznes sahələrinin çoxu qapalıdır, nə etsin onlar?! Hökumət nə icarə, nə kredit faizləri məsələsini həll etmədi, kommunal güzəştlər tədbiq etmədi, biznesin dərdinə dərman olacaq addımlar atmadı, indi də mifiq qurum deyir ki, iyulda da işləməyin. Maraqlıdır, bunun əvəzinə nə təklif edirsiniz?”