Vətən müharibəsinin şəhidi XTQ-nin giziri Namiq Xəlilovun doğum günü qeyd edilibbackend

Vətən müharibəsinin şəhidi XTQ-nin giziri Namiq Xəlilovun doğum günü qeyd edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki,torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan XTQ-nin giziri Xəlilov Namiq İlyas oğlunun doğum günü Şirvan şəhərində qeyd edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və İcra Hakimiyyəti aparatının məsul işçiləri,millət vəkilinin köməkçisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Şirvan Şəhər şöbəsinin, Gənclər və İdman idarəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları öncə şəhidin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib və məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.

İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edib və Allahdan onlara səbir diləyib.30 ilə yaxın işğal atlında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində azad edildiyini vurğulayıb.Namiq kimi qəhrəman,cəsur oğulların daim qəlblərdə yaşayacağını, təkcə şirvanlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir azərbaycanlının qürur duyduğunu vurğulayıb. Şəhidin doğum gününün Milli Qurtuluş Gününə təsadüf edtdiyini qeyd edərək, torpaqlarımızın azad olunması ilə Ulu Öndərin arzularının gerçəkləşdiyini, ərazi bütövlüyünün təmin olunduğunu, şəhidlərimizin bu yolda canlarından keçdiyini diqqətə çatdırıb. Qeyd edib ki, şəhər rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Sonra tədbir iştirakçıları şəhidin yaşadığı məhəllədə yaradılan xatirə bulağının açılışında iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra vətənimizin azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, şəhidin vaxtı ilə təhsil aldığı 11 nömrəli tam orta məktəbin direktoru Kamandar Rüstəmov, döyüş yoldaşları çıxış edərək XTQ giziri şəhid Namiq Xəlilovun döyüş yolundan, şücaətindən, mərdliyindən söz açıblar. Onun öz istəyi ilə hərbiçi peşəsini seçdiyini, sağlığında hərbi hissə rəhbərliyi və yoldaşları arasında dərin hörmət və nüfuz qazandığını, yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıblar. Qeyd olunub ki, hərbiçi olmaq, vətənə, dövlətə xidmət etmək, işğal altında olan torpaqlarımızın azad edilməsində iştirak etmək, üçrəngli bayrağımızı qürurla dalğalandırmaq ən böyük arzusu idi. 2016-cı ilinb aprel döyüşlərində Talış kəndi uğrunda döyüşlərdə fəal iştirak edib, xidmətdə uğurlarına görə fəxri fərmanlar və medallarla təltif edilib. Şəhid Namiq Xəlilov “Vətən uğrunda” “Kəlbəcərin azad olunmasına görə”,”Hərbi xidmətlərə görə”,”Azərbaycan Ordusunun 100 illiyi”,”Şücaətə görə”, “Azərbaycan Respublıikası Silahlı Qüvvələri”,”II dərəcəli medal” ilə təltif edilib. 2020-ci ilin sentyabrın 27-dən başlanan Vətən müharibəsində Murovdağ istiqamətində gedən ağır döyüş əməliyyatlarında iştirak edib, xidməti borcunu şərəflə yerinə yetirib, yaralanmış qrup komandirinə və yoldaşlarına kömək edərək onları döyüş meydanından çıxarıb. Natiqlər 24 illik qısa ömür yaşasa da şanlı tariximizə adını yazan, xalqımıza zəfər sevinci yaşadan Bəxtiyarın ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıblar. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Namiqin xatirəsinin daim əziz tutulacağını bildiriblər.

Şəhər İcra Hakimiyyəti adından şəhidin valideynlərinə xatirə hədiyyəsi təqdim edilib.

11 nömrəli tam orta məktəbin şagirdləri Vətənə, torpağa və şəhidlərimizə həsr olunmuş “Ağlama şəhid anası” adlı bədii kompazisiya ilə çıxış ediblər.

Sonda şəhidin atası İlyas Xəlilov və Təzəgül Xəlilova çıxış edərək övladları ilə qürur duyduqlarını bildiriblər. Xatirə bulağının açılışına və doğum gününə bu qədər insanın toplaşmasının onun ruhuna ehtiramın bariz nümunəsi kimi qiymətləndiriblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya, minnətdarlıqlarını ifadə ediblər.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!