Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcəkbackend

Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

TİA.AZ-ın məlumatına görə, qanuna əsasən, Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcək.

Qanuna görə, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. İlk imtahandan müvəffəqiyyətlə keçən doktorantlar imtahanlarını verə biləcəklər.