Vətən Müharibəsi zabitindən şikayət – Prezident ona 3 medal verib, amma “Atəşgah” ödənişi vermirbackend

Vətən Müharibəsi zabitindən şikayət – Prezident ona 3 medal verib, amma “Atəşgah” ödənişi vermir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən Müharibəsi qazisi, Ali Baş Komandna tərəfindən üç medulla təltif edilən Rizvanlı Toğrul Rizvan oğlu bir neçə gün öncə qəzaya düşərək ölümdən dönsə də, “Atəşgah” sığorta şirkəti qanunvericiliyə uyğun olaraq ödəniş etməkdən imtina edir.

Mubahise.az-a müraciət edən T.Rizvanlı bildirib ki, 2021-ci il yanvarın 17-də səhər saat təxminən 6:35 radələrində idarə etdiyi 99 CR 597 nömrəli avtomobili ilə Masazır dairəsində işıqforun qırmızı işiğında dayanıb, yaşıl işıq yanan zaman hərəkətə başlayıb: “Bu zaman 10 XS 510 dövlət qeydiyat nişanlı avtomobil qarşıma çıxaraq toqquşma hadisəsi törətdi və mənim maşınıma ziyan vurdu. “Atəşgah” sıgorta şirkəti tərəfində sığota hadisəsi 138970 iş nömrəsi ilə qeydə alındı.

Mənim avtomobilimə dəyən ziyanı “Atəşgah” sığorta şirkəti ilk olaraq 2100 manat qiymətləndirdi. Mən etiraz etdim ki, maşının “kapot”u açılmadan, ustaya getmədən necə qiymət çıxarda bilərsiz. Sonra öz servisləri adlandırdıqları “Baku Avto” servisinə göndərdilər və qiymətləndirmə çıxardaraq 2400 manat dəyərləndirdilər. Lakin mənim avtomobilimə dəyən ziyanın məbləği təxminən 4000 manatdır.

Yekun qiymətləndirmə də mənim maşınıma dəyən zərərə görə azdır və servisin işlərinin nə qədər etibarlı, keyfiyyətli olacağına əmin deyiləm. “Atəşgah” sığortanın qaynar xətti ilə əlaqə saxladım və sığorta şirkətində hadisə ilə bağlı işi aparanlarla görüşmək istədiyimi bildirdim. Amma görüşmənin alınmayacağını bildirdilər.

Mən Vətən Müharibəsi döyüşlərində könüllü olaraq ilk gündən, sentyabrın 27-dən iştirak etmişəm.

Ali Baş komandan tərəfindən Vətən Müharibəsi iştirakçısı, Cəbrayıl, Qubadlı rayonlarının azad olunmasına görə medallarla və nümunəvi xidmətimə görə Baş leytenant rütbəsi ilə təltif olunmuşam. Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev çıxışlarının birində bildirib ki, bütün idarə və təşkilatlarda müharibə iştirakçılarını incitməyin. Xahiş edirəm, Ali Baş Komandanın tapşırıqlarına əməl edəsiniz”.