Vətən müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə olacaqbackend

Vətən müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Müharibə qəhrəmanlarının xatirələrinin əbədiləşdirilməsi üçün qanunvericiliyə əlavələr təklif olunur.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarının, Azərbaycanın Milli qəhrəmanlarının və Sovet İttifaqı qəhrəmanlarının həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar da tarixi abidə hesab olunacaq.
“Gənclər siyasəti haqqında” qanuna dəyişiklikdə isə Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanları və Azərbaycanın Milli qəhrəmanları ilə bağlı verilişlər hazırlanması təklif edilir.
Layihələr parlamentin iclasında müzakirəyə çıxarılacaq.