Vətən Müharibəsi iştirakçısı Masallıda dəfn edildi – FOTObackend

Vətən Müharibəsi iştirakçısı Masallıda dəfn edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

22 mart tarixində xidmət keçdiyi Kəlbəcər rayonundakı N saylı hərbi hissədə güllə yarasından vəfat edən İlkin Zöhrabovun nəşi bu gün doğulduğu Masallı rayonu Ərkivan qəsəbəsinə gətirilib.

TİA.AZ xəbər verir ki, mərhum Ərkivan qəsəbə qəbiristanlığında Vətənə Müharibəsi şəhidlərinin dəfn edildiyi yerdə torpağa tapşırılıb.
Mərhumun hansı şəraitdə, necə vəfat etməsi hələ ki, müəmmalı qalır.
Qeyd edək ki, 1 il 6 ayın əsgəri olan İlkin Zöhrabov Vətən Müharibəsi iştirakçısı idi. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdi. Hərbi xidmətdən tərxis edilməsinə bir həftə qalırdı.
Allah rəhmət etsin!