Tribuna İnformasiya Agentliyi

Vergilər nazirinin müşaviri vəzifəsindən azad olunub

04 İyul

Vergilər nazirinin müşaviri Habil Məmmədov vəzifəsindən azad edilib.

TİA.AZ  bildirir ki, bu barədə “APA”nın əldə etdiyi məlumatda deyilir.

Məlumatda deyilir ki, Vergilər Nazirliyində çoxlu yerdəyişmələr və təyinatlar aparılıb.

Kadr islahatlarının Vergilər Nazirliyinin yeni strukturunun fəaliyyətə başlaması ilə əlaqədar olduğu bildirilir.