Tribuna İnformasiya Agentliyi

Vergilər Məcəlləsinə dəyişiklik edildi: vergi məbləği artırıldı

12 İyun

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlara və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsinin artırılmasını nəzərdə tutan layihə təsdiqlənib.

Vergi Məcəlləsinin 190-cı maddəsinin 3-cü bəndinə edilən dəyişikliyə görə, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq.

İndiyədək bu rəqəm 10 manat olub. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.