Venesuelanın işığını ABŞ söndürübmüşbackend

Venesuelanın işığını ABŞ söndürübmüş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelada elektrik təchizatının kəsilməsi kiberhücumla əlaqədar olub.

TASS-ın məlumatına görə, bunu ölkənin rabitə və informasiya naziri Xorxe Rodriges Venesuela dövlət telekanalının efirində bildirib.

Onun sözlərinə görə, kiberhücum “Quri” su elektrik stansiyasının avtomatlaşdırılmış nəzarət sisteminə yönəlib.

Nazirin fikrincə, Venesuela energetika sisteminə virtual hücum böyük ehtimalla ABŞ-dan qaynaqlanır.

Baş verənlərlə əlaqədar Venesuelanının BMT-nin insan haqları üzrə ali komissar Mişel Baçeletə şikayət ərizəsi təqdim edəcəyi bildirilir.

Qeyd edək ki, ötən gün Venesuelanın 23 ştatından 21-i işıqsız qalıb.